Ağcabədidə qəza: 14 yaşlı oğlan öldü
Ağcabədi rayonunda 14 yaşlı oğlan faciəli şəkildə ölüb.
Crossmedia.az -ın məlumatına görə, hadisə mayın 14-də rayonun Hindarx qəsəbəsində baş verib.
Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən piyada, 2012-ci il təvəllüdlü Röyal Hürbət oğlu İbrahimovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
10:54 15.05.2026
Oxunuş sayı: 45