Rzayanda pilotsuz uçuş aparatı hücumu: 3 ölü, 12 yaralı
Rusiyanın Rzayan şəhərində pilotsuz uçuş aparatının hücumu nəticəsində 3 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Hadisədən sonra şəhərdə qeyri-adi vəziyyət müşahidə olunub. Şahidlərin bildirdiyinə görə, yağıntıdan sonra avtomobillərin üzərində və yaşayış binalarının pəncərələrində yapışqan qara ləkələr əmələ gəlib. Yerli sakinlər bu hadisəni “neft yağışı” kimi təsvir ediblər.
Hadisənin səbəbləri və hücumun detalları ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır.

11:08 15.05.2026
Oxunuş sayı: 43