Alimlərdən xəbərdarlıq: Qlobal quraqlıq və ərzaq böhranı riski artır
Vaşinqton Dövlət Universitetinin dosenti Dipti Sinq və digər elm adamları yeni və güclü "El Nino" dövrünün yaxınlaşdığı barədə ciddi xəbərdarlıq ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "The Washington Post" nəşri yayıb.
Bu iqlim hadisəsi qlobal quraqlıqlara və genişmiqyaslı ərzaq böhranına səbəb ola bilər. Mütəxəssislərin proqnozuna görə, Sakit Okean regionunda temperaturun normadan 3 dərəcəyədək yüksəlməsi gözlənilir.
Qeyd olunur ki, 1877–1878-ci illərdə baş verən güclü El Niño hadisəsi dünya üzrə 50 milyondan çox insanın həyatına təsir edən böyük qıtlığa səbəb olmuşdu.
Dipti Sinq bildirib ki, iqlim dəyişikliyi və okeanların istiləşməsi səbəbindən oxşar uzunmüddətli quraqlıqların təkrarlanma ehtimalı artır və nəticələr daha ağır ola bilər.
Alimlərin fikrincə, bu proses dünyanın bir çox regionlarında ərzaq, su və iqtisadi təhlükəsizliyə ciddi təhdid yarada bilər.
10:56 15.05.2026
Oxunuş sayı: 55