"Sabah" son 9 mövsümdə Azərbaycan Kubokunu ardıcıl iki dəfə qazanan ilk komanda olub
"Sabah" son 9 mövsümdə Azərbaycan Kubokunu ardıcıl iki dəfə qazanan ilk komanda olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından bildirilib.
Sonuncu dəfə buna "Qarabağ" nail olub. Ağdam klubu həmin vaxt ardıcıl 2 dəfə titulunu qoruyaraq üç mövsüm (2014/2015, 2015/2016, 2016/2017) kubok qazanıb.
Daha üç komanda ardıcıl iki dəfə turnirin qalibi adına sahib çıxıb. İki dəfə buna nail olan "Neftçi" öncə 1994/1995, 1995/1996, ardınca 2012/2013, 2013/2014 mövsümlərində bunu bacarıb. "Kəpəz" (1996/1997, 1997/1998) və "Xəzər Lənkəran" (2006/2007, 2007/2008) da eyni nailiyyəti gerçəkləşdirib.
12:38 14.05.2026
Oxunuş sayı: 49