Prezident İlham Əliyevin Zəngilandan verdiyi mesajlar, regionda formalaşan yeni reallıqlar – DƏYİRMİ MASA
Mayın 14-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Prezident İlham Əliyevin Zəngilan şəhər sakinləri ilə görüşü zamanı səsləndirdiyi tezislərə həsr olunmuş dəyirmi masa təşkil olunub.
Crossmedia.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, yerli ekspertlər, politoloqlar və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Dəyirmi masa çərçivəsində Prezident İlham Əliyevin Zəngilandakı çıxışında səsləndirdiyi mesajlar, postmünaqişə dövründə regionda formalaşan yeni geosiyasi reallıqlar, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, eləcə də Azərbaycanın regional sülh gündəliyi ətrafında müzakirələr aparılacaq.
Tədbirdə, həmçinin Azərbaycanın postmünaqişə dövründə regional əməkdaşlıq, kommunikasiya xətlərinin açılması və dayanıqlı sülhün təmin olunması istiqamətində irəli sürdüyü təşəbbüslər barədə fikir mübadiləsi aparılacaq .
10:22 14.05.2026
Oxunuş sayı: 44