Belçikalı tələbələrə Azərbaycan haqqında məlumat verilib
Antverpen Universitetinin nəzdində fəaliyyət göstərən peşəkar tələbə assosiasiyası - "AntwerpMUN"in (Antwerp Model United Nations) bir qrup üzvü Azərbaycanın Belçikadakı səfirliyini ziyarət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı səfirliyininin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Ziyarət zamanı qonaqlara Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və xarici siyasət prioritetləri barədə ətraflı məlumat verilib", - paylaşımda bildirilib və əlavə olunub ki, Azərbaycanın zəngin tarixi irsi, multikultural ənənələri, strateji coğrafi mövqeyi, eləcə də ölkənin xarici siyasət prioritetləri, regional və beynəlxalq əməkdaşlıq səylərini diqqətə çatdıran əhatəli təqdimat nümayiş etdirilib.
Tələbələrə, həmçinin Azərbaycan–Belçika münasibətləri və Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlıq çərçivəsi barədə məlumat verilib:
"Görüşün sonunda qonaqlara Azərbaycan haqqında video-təqdimat nümayiş etdirilib".
19:26 13.05.2026
Oxunuş sayı: 49