Şəkidə oftalmoloqların XVI regional konfransı keçiriləcək
Mayın 15-də Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Şəki şəhərində XVI regional konfrans keçiriləcək.
Crossmedia.az xəbər verir ki, Milli Oftalmologiya Mərkəznin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumata görə, konfransın əsas məqsədi oftalmologiya sahəsində baş verən yeniliklərin və nailiyyətlərin müzakirəsi, müasir yanaşmaların araşdırılması, təkliflərin irəli sürülməsi, region həkimlərinin oftalmologiyada tətbiq olunan ən son yeniliklərlə yaxından tanış olması və onların bu yeniliklərdən praktik fəaliyyətdə istifadəsinə dəstək göstərilməsidir.
Tədbirdə regionlardan və paytaxtdan olan oftalmoloqlar, eləcə də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti iştirak edəcək, aktual mövzular üzrə məruzələr təqdim olunacaq.
Konfrans oftalmologiya sahəsində regional əməkdaşlığın gücləndirilməsi, elmi-praktik biliklərin paylaşılması və oftalmoloji xidmətlərin keyfiyyətinin artırılması istiqamətində mühüm platformalardan biri kimi qiymətləndirilir.
12:10 13.05.2026
Oxunuş sayı: 44