Dörd ay əvvəl itkin düşmüş kişinin meyiti "Qanlı dərə"də tapılıb
Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.
Crossmedia.az xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində kişinin meyiti "Qanlı dərə" ərazisində aşkar olunub.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(Report)
19:41 12.05.2026
Oxunuş sayı: 49