Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Mayın 11-də saat 07:00 radələrində Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Crossmedia.az -ın məlumatına görə, Göyçayev Orxan Elxan oğlu idarə etdiyi “BYD Seal 05” markalı avtomobillə Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində hərəkətdə olarkən piyada Yekaterina Serafimovna Əzizovanı vurub.
Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
09:42 12.05.2026
Oxunuş sayı: 59