Trampın birtərəfli siyasəti müttəfiqləri narahat edir
ABŞ prezidenti Donald Trampın ABŞ müttəfiqləri ilə fikir ayrılıqları və gərgin münasibətləri İranla müharibə başa çatdıqdan sonra da davam edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
Analitiklər Trampın beynəlxalq böhranların idarə olunmasına aqressiv və birtərəfli yanaşmasının Avropa və Asiyada uzun illərdir ABŞ-la əməkdaşlıq edən müttəfiqlərin etimadını ciddi şəkildə sarsıtdığını bildirirlər.
Məlumata görə, İranla müharibə başa çatsa belə, ticarət təzyiqləri, çoxtərəfli müqavilələrdən geri çəkilmə və tərəfdaş ölkələrin maraqlarının nəzərə alınmaması nəticəsində yaranmış problemlərin qısa müddətdə aradan qalxması gözlənilmir.
Analitiklər hesab edirlər ki, bu proses qlobal siyasi nizamda ciddi dəyişikliklərə işarə edir. Onların fikrincə, ABŞ artıq əvvəlki kimi proqnozlaşdırılan lider dövlət kimi qəbul edilmir və müttəfiq ölkələr daha müstəqil təhlükəsizlik və iqtisadi həll yolları axtarmağa başlayırlar.

16:36 11.05.2026
Oxunuş sayı: 50