ADY Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyub.
Crossmedia.az bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin hörmətlə yad edilib.
17:05 09.05.2026
Oxunuş sayı: 38