İran ABŞ-ni ittiham etdi: Gəmilərə hücum təcavüz aktıdır
İran Xarici İşlər Nazirliyi ABŞ-nin İslam Respublikasına məxsus gəmilərə qarşı həyata keçirdiyi hərəkətləri kəskin şəkildə pisləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirlik bu addımları təcavüz aktı kimi qiymətləndirərək bildirib ki, ABŞ hərbçilərinin iki neft tankerinə qarşı fəaliyyəti qəbuledilməzdir.
Rəsmi Tehran bu hərəkətləri təcavüzkar və təxribat xarakterli adlandıraraq bunun mövcud razılaşmaların pozulması demək olduğunu vurğulayıb.
İran tərəfi hadisənin regional gərginliyi daha da artırdığını qeyd edib.
16:40 08.05.2026
Oxunuş sayı: 43