Rusiya Maliyyə Nazirliyi: Büdcə gəlirləri azalıb
Rusiyanın federal büdcəsinin neft-qaz gəlirləri 2026-cı ilin yanvar-aprel aylarında 38,3 faiz azalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, eyni dövrdə federal büdcənin ümumi gəlirləri 4,5 faiz azalıb, xərclər isə 15,7 faiz artıb.
Nazirlik büdcə göstəricilərindəki dəyişikliklərin enerji bazarındakı vəziyyət və iqtisadi amillərlə bağlı olduğunu bildirib.
Nigar Xəlilli
16:48 08.05.2026
Oxunuş sayı: 35