Azərbaycan və Rusiya arasında yükdaşımaların rəqəmsallaşdırılmasına başlanılır
Azərbaycan və Rusiya arasında yükdaşımaların sürətləndirilməsi məqsədilə yeni pilot layihəyə start verilir.
Crossmedia.az xəbər verir ki, iki ölkə e-CMR elektron beynəlxalq yük qaiməsinin tətbiqinə başlayır.
Layihə çərçivəsində daşıyıcılar və logistika şirkətləri sərhədi keçərkən kağız sənədlər əvəzinə elektron sənədlərdən istifadə edəcəklər. Rəqəmsal imzalı sənədlər hər iki ölkənin aidiyyəti qurumları tərəfindən yoxlanılaraq qəbul ediləcək.
Bu sistemin yüklərin rəsmiləşdirilməsi müddətini azaltması və daşımaların daha operativ həyata keçirilməsinə şərait yaratması gözlənilir.
12:30 08.05.2026
Oxunuş sayı: 41