Pensiya və sosial ödənişlərə ayrılan vəsait artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3,5 milyard manat vəsait ödənilib.
Crossmedia.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,34 milyard manat və yaxud 10,8% çoxdur.
10:10 08.05.2026
Oxunuş sayı: 71