May ayı bizim üçün nə vəd edir?
Artıq may ayı 2026-cı ilin təqviminə daxil oldu. Bu ay çox vaxt daxili ziddiyyətlərin gücləndiyi bir dövr kimi qəbul olunur. İnsanlar bu vaxt daha həssas olur, hisslər daha kəskin yaşanır, qərarlar isə bəzən emosiyaların təsiri ilə verilir. Sanki may, həm səhvlərin daha tez üzə çıxdığı, həm də hisslərin daha dərindən hiss olunduğu bir aydır. Bu səbəbdən bir çox insan üçün may, həm düşüncə, həm də duyğu baxımından qarışıq və yadda qalan bir dövr kimi qalır.

Bu barədə Crossmedia.az-a açıqlama verən İCF kouç, təlimçi və karmik numeroloq Yeganə Cəbrayılqızı bildirib ki, may ayı bəzən çox sakit görünür, amma sükutun altında çox dərin bir proses gedir: "Karmik numerologiyada sadəcə bir zaman anlayışı deyil. May həm də daxili yoxlanış, səbr və seçimlərin ön planda olduğu bir aydır.
Bu ayda insanların çoxu özünü yorğun, sıxılmış və gərgin hiss edə bilər. "Bu, hər zaman baş verə bilər" deyə düşünsəniz də, may bir az daha səssizliyin ayıdır və bu səssizliyin içində dərin bir proses gedir. Bu dayanma, əlbəttə ki, cəza yox, bizə bir istiqamət olur. Ruhsallığımıza doğru istiqamət olur. Beş nə deməkdir? Beş arxetipi karmik numerologiyada nəyi göstərir? Beş kahin arxetipidir. Gücü, səlahiyyəti, idarə etməni öz əlində saxlayan nəzarət enerjisidir. Beşlərin enerjisi yaradanla bağlı çox yüksək və çox dərin olur. Beşinci ayda doğulan insanlar, doğum xəritəsində beş olan insanların da bu potensialı vardır. Beşlər müsbət anlamda ənənəvi yanaşmaya çox meyilli olurlar. Hədsiz olduqda isə, əlbəttə ki, bu mənfi haldır. Ənənəvi yanaşma ilə, köhnə düşüncələrlə, köhnə fikirlərlə həyata yanaşırlar.
Bəli, beşlər çox mərhəmətli insanlardır. Amma karmasında beş olan insanlar bu mərhəmətdən bir az kəsiləcək və bütün həyat onu mərhəməti öyrənməyə, əvvəlcə özünə mərhəməti öyrənməyə gətirib çıxaracaq. Bəli, təsadüfi deyil ki, dörd imperatordur və dörddən sonra beş gəlir. Beş isə daha ali arxetipdir. Arxetipologiyada beş güc və idarə etmə enerjisidir. Beşlər öyrənmə istəyi açıq olan insanlardır. Həyat yolunda beş olan insanlar, beşi doğulan insanlar. Ən yaxşı müəllimlər beşlərdir. Eyni zamanda ən yaxşı tələbələr də beşlərdir. Bir beş daim həyatı boyu yeniliyi axtaracaq. Amma mənfidə yaşadıqda biz konservativliyimizə tutunub yenilikdən qaçacağıq. Mənfidə yaşadıqda beş dürüstlük pərdəsi altında əslində iki tərəfli obrazlarla həyatı istifadə edəcək. Olduğu kimi görünməyəcək. Beşlər ən yaxşı məsləhət verən insanlardır".
Müsahibimiz beşinci ayın mənfi -kölgə- tərəfinə də toxunub: " Beşlər öz prinsiplərini çox vaxt insanlara təlqin edir. Bu ay biz beşi tanıdıqdan, onun gözəlliklərini bildikdən sonra özümüzdə müşahidə edirik. Əgər özümüzə səmimi olsaq, biləcəyik ki, bizdə beşin ən çox mənfi, yoxsa müsbət tərəfləri var. Bu şəkildə müsbət tərəflərini yaşadığımız halda, bir az da özümüzdə dəyişiklik yaradacaq. Çox insanda planların təxirə düşməsi ola bilər və daxili narahatlıq yarana bilər, xüsusən də bu karmada beşi olan insanlara aiddir. Sanki həyat bir mesaj verir sənə: artıq səhvlərlə davam eləmə, bu gün dayanmağı bil. Səbr, yoxsa imtahan anlayışına gəldikdə isə, əslində səbr imtahanın içində gizlidir. İmtahan isə səbrin səni böyütdüyü bir yerdir. Səbrli ola bilərsən, amma sənin səbirinin ölçüsü imtahan zamanı bəlli olur. Tələsik qərar vermək, emosional yoxsa şüurla hərəkət etmək, keçmiş təcrübələrindən dərs çıxarmaq yoxsa çıxarmadan səthi qərar vermək- bütün bunlar hər biri bu ay boyu bizi müşahidə edəcək. Mayda doğulanlar, karmasında beş olan, matriksində beş olanlar xüsusilə diqqət etməlidir".
Numeroloq bu ayın kimlərə daha çox təsir etdiyini də vurğulayıb: "Həyatında tez-tez eyni ssenariləri yaşayan insanlar, eyni tip insanlarla qarşılaşanlar, pul, münasibət, öz dəyər mövzusunda təkrarlanan problemlər yaşayanlar bu ay dönüş nöqtəsi ilə qarşılaşa bilərlər. Sanki may sizə belə bir mesaj verir: Dayan, bax və anla, daha sonra hərəkət et. Bu az daha yetkin, bir az daha dərin düşünən enerji olduğu üçün 5-ci ay bizə xüsusilə bu mesajı verəcək. Və digər məsələyə diqqət etməliyik. Hər şeyə dərhal reaksiya verməməliyik. Tək qalmaqdan qorxmamağa çalışırıq. Daxili səsimizə qulaq asırıq və özümüzü günahlandırmaq yerinə müşahidə etməyə çalışırıq".
Fatimə
19:37 05.05.2026
Oxunuş sayı: 74