Mayda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar
Mayda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mayın 26-dək Beyləqanda, Şəmkirdə, Biləsuvarda, İsmayıllıda, Zaqatalada və Xudatda, mayın 15-dək Xızıda, mayın 21-dək Ağdamda, mayın 19-dan 26-dək Xırdalanda və mayın 25-26-da Zəngilanda vətəndaşlara səyyar xidmət göstəriləcək.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Həmin xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.
Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
Xızı, Beyləqan və Zəngilanda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00-dan 17:00-dək nəzərdə tutulub.
Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.
15:43 05.05.2026
Oxunuş sayı: 39