Azərbaycanda erkən öyrənmə və uşaq rifahı gündəmdə - IELS 2025 nəticələri açıqlanıb
Azərbaycanda erkən təhsil və uşaq rifahı sahəsində mühüm beynəlxalq qiymətləndirmənin nəticələri ictimaiyyətə təqdim olunub.
Crossmedia.az xəbər verir ki, STEAM İnnovasiya Mərkəzi-də keçirilən məlumatlandırma sessiyasında elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitunun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev geniş təqdimatla çıxış edərək, tədqiqatın nəticələrini, əldə olunan əsas tapıntıları və onların təhsil siyasəti baxımından əhəmiyyətini izah edib.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən həyata keçirilən IELS tədqiqatı müxtəlif ölkələrdə uşaqların erkən öyrənmə bacarıqlarını və rifah səviyyəsini qiymətləndirən nüfuzlu beynəlxalq proqramlardan biridir. Araşdırma erkən yaş dövründə formalaşan bacarıqların gələcək təhsil və həyat uğurlarına təsirini müəyyənləşdirməyə yönəlib.
Eyni zamanda, tədqiqat çərçivəsində uşaqların fərdi xüsusiyyətləri, ailə mühiti, erkən təhsil imkanları və qayğı göstərmə təcrübələri ilə bağlı geniş məlumat bazası formalaşdırılır. Bu isə qərarvericilər üçün daha əsaslandırılmış və effektiv təhsil siyasətinin hazırlanmasına imkan yaradır.
Elmir Heydərli
15:18 05.05.2026
Oxunuş sayı: 52