Omandakı icmamız Uşaq Bayramı tədbirində olub
Oman Sultanlığının Maskat şəhərində 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir təşkil olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Türkiyə Respublikasının Oman Sultanlığındakı Səfirliyi və Yunus Emre İnstitutunun Omandakı nümayəndəliyinin təşkil etdiyi tədbirə Azərbaycanın Omandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, diplomatik korpusun nümayəndələri, rəsmi qonaqlar, ictimai xadimlər, Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Oman üzrə koordinatoru Səidə Xəlilova, eləcə də digər xalqların nümayəndələri qatılıb.
Uşaqların hüquqlarının müdafiəsi, milli suverenlik prinsipləri və xalqlar arasında mədəni əməkdaşlığın inkişafına həsr olunan tədbir ölkələrarası dostluq və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Mərasimin bədii hissənin təşkilatçısı Səidə Xəlilova olub. Onun müxtəlif xalqların nümayəndələrindən ibarət tələbələri Azərbaycan və xarici bəstəkarların klassik və müasir musiqi əsərlərini ifa ediblər. Bununla yanaşı, digər xalqların nümayəndələrinin də rəqsləri təqdim olunub. Musiqi nömrələri iştirakçıların böyük marağı ilə qarşılanıb və tədbirə xüsusi rəng qatıb
Qeyd edək ki, bu cür təşəbbüslər Azərbaycan ilə dost ölkələr arasında mədəni əlaqələrin daha da genişlənməsinə və qarşılıqlı anlaşmanın güclənməsinə töhfə verir.
17:31 04.05.2026
Oxunuş sayı: 49