Departament müdiri - Dövlət qurumlarında süni intellektin tətbiqi və istifadəsi istiqamətində intensiv işlər görülür
Dövlət qurumlarında süni intellektin tətbiqi və istifadəsi istiqamətində intensiv işlər görülür.
Crossmedia.az xəbər verir ki, bu fikri ictimai proseslər media müstəvisində mövzusunda 3-cü forumun rəqəmsal inkişaf, media, süni intellekt və innovasiya panel sessiyasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin informasiya təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov bildirib.
O, müasir dövrün tələblərinə uyğun olaraq süni intellektdən istifadə istiqamətində dövlət qurumlarında intensiv işlərin görüldüyünü, lakin təhlükəsizliyində gözləndiyini vurğulayıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənayə İnqilabı Təhlil Kordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin rəisi Əzizə Vidadi isə müxtəlif sahələrdə texnoloji yeniliklərin tətbiq olunduğunu bildirib.
Şöbə müdiri dünyada və ölkəmizdə artıq bir çox sahələrdə tibb, kənd təsərrüfatı sahəsində yeni texnologiyalar tətbiq olunur ki, bunlarda məsələnin həllərinin lokallaşdırdığını qeyd edib.
Elmir Heydərli
16:50 01.05.2026
Oxunuş sayı: 69