Çörək bahalaşacaq? - MƏLUMAT AÇIQLANDI
Sosial şəbəkələrdə son günlər ciddi müzakirə olunan mövzulardan biri çörəyin qiymətinin artmasıdır. Vətəndaşlar qiymətlərin yeni artdığını əsas gətirir və qiymətlərin kifayət qədər baha olduğunu bildirir.
Məsələ ilə bağlı rəsmi qurumlardan heç bir açıqlama olmasa da müzakirələrdən sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu xəbərin əsassız olduğunu bildirdi. Bəs çörəyin qiyməti hansı hallarda arta bilər?
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Crossmedia.az-a açıqlama verib:

“Çörəyin qiymətinin artmasına bir neçə səbəb təsir edir. Birinci səbəb taxılən qiymətinin artmasıdır ki, hazırda bu müşahidə olunmur. İkinci məsələ enerji daşıyıcılarınən, işığın, qazın qiymətinin artmasıdır ki, bu da müşahidə olunmur. Hazırda çörəyin qiymətinin artmasına heç bir zərurət yoxdur”.
Ayhan
14:14 01.05.2026
Oxunuş sayı: 108