Karapetyan sentyabrda Azərbaycanla yeni müharibənin başlanması iddialarından danışıb
"Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyanın müxalifət parlament seçkilərində qalib gələcəyi təqdirdə müharibə riskləri ilə bağlı açıqlamalarına münasibət bildirib.
Crossmedia.az "SputnikArmenia"-ya istinadən xəbər verir.
"Sizi əmin edirəm ki, sentyabrda müharibə olmayacaq, çünki Paşinyan sentyabrda burada olmayacaq", - deyə Karapetyan bildirib.
Qeyd edək ki, daha əvvəl Paşinyan iyunun yeddisində keçiriləcək parlament seçkilərində Karapetyanın qalib gələcəyi halda sentyabrda yeni savaşın başlaya biləcəyini bildirmişdi.
22:35 29.04.2026
Oxunuş sayı: 41