İranla müharibə ABŞ hərbi siyasi elitasında gərginlik yaradıb
ABŞ-də İranla müharibə mövzusu ətrafında müzakirələr davam edir və bu dəfə debat Konqresdə diqqət çəkib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
ABŞ müharibə naziri (Pentaqon rəhbəri) Pit Heqset ilə konqresmen Set Moulton arasında baş tutan dialoqda tərəflər müharibənin nəticələri ilə bağlı fərqli mövqelər sərgiləyiblər.
Moultonun “İranla müharibədə qalib gəlirikmi?” sualına Heqset “Əlbəttə” cavabını verib. Lakin konqresmen bunun ardınca “Qələbə İranın Hörmüz boğazını bağlaması deməkdirmi?” deyə sual ünvanlayıb.
Müzakirə zamanı tərəflər blokada məsələsi üzərində də fikir ayrılığı yaşayıb.
Moulton bildirib ki, yaranmış vəziyyət qarşılıqlı blokada təsiri yaradır.
21:58 29.04.2026
Oxunuş sayı: 42