Türkiyədə ağır yol qəzası: 1 polis ölüb, 5 nəfər yaralanıb
Türkiyədə İstanbul küçəsi Topçu Briqadası Yaşayış Sahəsinin yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az "HaberGlobal"-a istinadən xəbər verir.
İlkin məlumatlara görə, Manisadan İzmir istiqamətində hərəkət edən və əyləcində nasazlıq olduğu düşünülən yük maşını idarəetməni itirərək əks zolağa çıxıb.

İdarəetmədən çıxan yük maşını daha sonra əks istiqamətdən gələn polis patrul maşını da daxil olmaqla 10 nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə yerinə çoxsaylı tibbi, yanğınsöndürmə və polis qrupları göndərilib. Tibbi heyət yük maşını sürücüsünün və daha bir nəfərin hadisə yerində öldüyünü müəyyən edib.

Ağır yaralanaraq xəstəxanaya aparılan polis məmuru Serkan Hızlı da bütün səylərə baxmayaraq aldığı xəsarətlərdən dünyasını dəyişib. Biri ağır yaralanan polis məmuru da daxil olmaqla, cəmi beş nəfər hazırda xəstəxanalarda müalicə alır.
21:10 29.04.2026
Oxunuş sayı: 43