Hər kəsin qorxduğu yerdən Yaponiya rahat keçdi - Səbəb nədir?
Yaponiyaya məxsus neft tankeri “İdemitsu Maru”nun Hörmüz boğazından keçidi rüsum ödənilmədən təmin olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Nikkei" qəzeti mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, tanker İran tərəfinə heç bir ödəniş etmədən strateji əhəmiyyətli boğazdan təhlükəsiz şəkildə keçib.
Məlumata görə, tankerin təhlükəsiz keçidi Tokio ilə Tehran arasında aparılan diplomatik danışıqlar nəticəsində mümkün olub. Yaponiyanın yüksək vəzifəli rəsmisi qeyd edib ki, bu proses maliyyə ödənişləri ilə deyil, siyasi və diplomatik razılaşmalar əsasında həyata keçirilib.
Bundan əvvəl İran mediası tankerin Idemitsu Kosan şirkətinə məxsus olduğunu və onun keçidinə İranın dəstək verdiyini yazmışdı.
Qeyd edək ki, təxminən 2 milyon barel neft daşıyan “İdemitsu Maru” fevral ayının sonundan etibarən Səudiyyə Ərəbistanı sahillərində gözləmə vəziyyətində idi.
18:10 29.04.2026
Oxunuş sayı: 46