Trampın İrana hücumu dünyaya baha başa gəldi - ABŞ-yə İTTİHAM
ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi addımlarının nəticələri ilə bağlı beynəlxalq məsuliyyət daşıdığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” nəşrində dərc olunan təhlildə bildirilib. Məqalədə qeyd olunur ki, ABŞ regionda yaranmış böhranın əsas səbəbkarlarından biridir və Vaşinqton bu məsuliyyətdən yayına bilməz.
Nəşr vurğulayır ki, əgər ABŞ münaqişənin daha da dərinləşməsinin qarşısını almaq istəyirsə, hərbi ritorikadan imtina edərək diplomatik danışıqlara qayıtmalıdır.
Analizdə həmçinin qeyd edilir ki, bölgədə gərginliyin artması qlobal təhlükəsizlik və iqtisadi sabitlik üçün ciddi risklər yaradır.
17:29 29.04.2026
Oxunuş sayı: 40