Anar Əliyevdən növbəti təyinat – DSMF-də yeni müavin - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub.
Crossmedia.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.
Nazirin əmri ilə Seymur Mahmudlu DSMF-nin Strateji planlaşdırma və investisiyalar departamentinin müdir müavini təyin olunub.
S.Mahmudlu bu təyinatadək "Azersun Holding"də müxtəlif vəzifələrdə çalışıb. (oxu.az)

16:45 29.04.2026
Oxunuş sayı: 47