Trampdan Merzə sərt cavab: Nədən danışdığını bilmir
ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzin İranla bağlı açıqlamalarını sərt tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Merz İranın nüvə təhlükəsi barədə “nədən danışdığını bilmir”.
“Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov götürülərdi”, – deyə Donald Tramp bildirib.
O əlavə edib ki, hazırda İrana qarşı digər ölkələrin və liderlərin çoxdan atmalı olduğu addımları atır.
Donald Tramp həmçinin Almaniyanın iqtisadi vəziyyətinə də toxunaraq, ölkənin həm iqtisadi, həm də digər sahələrdə çətin durumda olduğunu qeyd edib.
09:40 29.04.2026
Oxunuş sayı: 40