İran: Dəniz Hüququ Konvensiyasına əməl etməyə məcbur deyilik
İranın BMT-dəki daimi nümayəndəsi bəyanat yayaraq ölkəsinin Dəniz Hüququ haqqında Konvensiyanın tərəfi olmadığını və buna görə də onun müddəalarına hüquqi baxımdan bağlı sayılmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Vurğulanır ki, İran Hörmüz boğazında əsas sahil dövlətlərindən biri kimi suveren hüquqlarını qorumaqda israrlıdır.
Həmçinin bildirilib ki, təhlükəsiz naviqasiyanın təmin edilməsi və su yolundan hərbi məqsədlərlə istifadənin qarşısının alınması üçün zəruri tədbirlər görmək hüququna malikdir.
09:25 29.04.2026
Oxunuş sayı: 38