Trampın reytinqi rekord səviyyədə enib
ABŞ prezidenti Donald Trampın fəaliyyətinə dəstək səviyyəsi onun hazırkı prezidentlik müddətində ən aşağı həddə düşüb və 34% təşkil edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata əsasən, aprelin 27-də başa çatan dörd günlük sorğunun nəticələrinə görə, amerikalıların yalnız 34%-i Trampın prezident kimi fəaliyyətini müsbət qiymətləndirir. Bu göstərici əvvəlki sorğuda qeydə alınan 36%-dən də aşağıdır.
Eyni zamanda, prezidentin həyat bahalığı ilə bağlı siyasəti yalnız 22% respondent tərəfindən müsbət qarşılanıb (əvvəlki ay 25% idi). Trampın reytinqi 2025-ci ilin yanvarında vəzifəyə başladığı vaxtdan etibarən tədricən azalır. O zaman onun dəstək səviyyəsi 47% idi.
Bildirək ki, onun populyarlığında ciddi azalma ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı 28 fevraldan sonra baş verib. Bu hadisə benzin qiymətlərində kəskin artıma səbəb olub.
09:00 29.04.2026
Oxunuş sayı: 53