Ermənistanın taleyini dəyişəcək hadisə: Zelenski İrəvana gedir
Ukrayna prezidenti Volodimir Zelenskinin İrəvana təklif etdiyi səfər Ermənistana heç bir fayda gətirməyəcək, əksinə, ölkəyə ciddi ziyan vuracaq.
Crossmedia.az xəbər verir ki, bunu politoloq Karen İgityan "Sputnik Armenia"-ya bildirib.
O, qeyd edib ki, İrəvanda keçiriləcək Avropa sammitində ukraynalı siyasətçinin iştirakı Ermənistan rəhbərliyi tərəfindən Rusiyaya qarşı bir çağırış olacaq və Moskvanın cavabı özünü çox gözlətməyəcək.
Ekspert vurğulayıb ki, Zelenskinin bu yaxınlarda Azərbaycana səfəri olub və orada digər məsələlərlə yanaşı, birgə silah istehsalı mövzusu da müzakirə olunub.
Onun fikrincə, Qərb Rusiya ətrafında "kordon sanitariyası" yaratmaq cəhdlərində fəal şəkildə İrəvan və Bakını cəlb etməyə çalışır.
23:50 28.04.2026
Oxunuş sayı: 59