PlayStation oynayanların NƏZƏRİNƏ: Limit qoyulacaq
Sony PlayStation platformasında yeni sistem yeniləməsindən sonra PS5 və PS4-də rəqəmsal oyunlarla bağlı 30 günlük onlayn yoxlama (license check-in) mexanizmi tətbiq olunduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Bildirilir ki, istifadəçilər tərəfindən alınan bəzi rəqəmsal oyunlarda “valid period” (etibarlılıq müddəti) görünür və konsolun hər 30 gündən bir internetə qoşularaq lisenziyanı təsdiqləməsi tələb oluna bilər. Əks halda, oyunların işə düşməməsi riski yarana bilər.
Məlumata görə, bu dəyişiklik 2026-cı ilin mart ayından sonrakı sistem yeniləməsi ilə əlaqələndirilir və yalnız yeni rəqəmsal alışlara təsir edə bilər.
Sony tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib və məlumatlar hələlik istifadəçi şikayətləri və texnoloji icma hesabatlarına əsaslanır.
04:33 29.04.2026
Oxunuş sayı: 41