Türkiyədə “Heydər Əliyev Kuboku” futbol turnirinin ilk oyunları keçirilib
Türkiyədə təhsil alan azərbaycanlı tələbələr arasında keçirilən “Heydər Əliyev Kuboku” futbol turnirinin ilk oyunları baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə keçirilən turnirdə İstanbul şəhəri ilə yanaşı, Türkiyənin müxtəlif regionlarında fəaliyyət göstərən azərbaycanlı tələbələrən ibarət komandalar iştirak ediblər. Region mərhələsi çərçivəsində Eskişehir-Sakarya, Balıkesir-Bursa, Afyon-Kütahya və Manisa-İzmir matçları oynanılıb.
Sakarya komandası eskişehirlilərin qapısına 2 cavabsız top vurub. Bursa komandası Balıkesirə 7:2 hesabı ilə qalib gəlib. Kütahya-Afyon oyunu 8:0 hesabı ilə başa çatıb. İzmir komandası isə Manisa üzərində 15:1 hesabı ilə inamlı qələbə qazanıb. Qalib komandalar növbəti mərhələyə yüksəliblər.
Turnir cədvəlinə uyğun olaraq növbəti mərhələdə Bursa-Sakarya və İzmir-Kütahya komandaları qarşılaşacaqlar. Həmin oyunların qalibləri 16–17 may tarixində İstanbul şəhərində keçiriləcək yarımfinal mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Turnirin keçirilməsində əsas məqsəd Türkiyədə təhsil alan azərbaycanlı gənclər arasında həmrəyliyin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və dostluq münasibətlərinin inkişaf etdirilməsidir.
21:45 28.04.2026
Oxunuş sayı: 44