“Qars Təhsil və Mədəniyyət Vəqfi”nin yeni binasının açılış olub
Türkiyənin İstanbul şəhərində “Qars Təhsil və Mədəniyyət Vəqfi”nin yeni inzibati binasının açılış mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Ədalət Turan, sədrin müşaviri Pərviz Məmmədzadə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul üzrə bölgə rəhbərləri, diaspor və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən komitə sədrinin birinci müavini Valeh Hacıyev ölkələrimiz arasındakı tarixi bağlardan və sıx münasibətlərdən danışıb: “Bu gün dünya olduqca çətin və keşməkeşli dövrdən keçir. Qlobal miqyasda hökm sürən natarazlıqlara baxmayaraq Azərbaycan və Türkiyə firavan həyatını davam etdirir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın apardığı düzgün, sülhyönümlü siyasətin nəticəsidir. Ölkələrimiz arasındakı əlaqələr isə dünya üçün bir nümunədir”.
Səfir Rəşad Məmmədov bu kimi fəaliyyətlərin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına töhfə verdiyini və gələcəkdə daha böyük irəliləyişlərə səbəb olacağını bildirib. O həmçinin vəqfin elm və mədəniyyət sahəsində iki ölkə arasında qurulan körpülərə müsbət təsir göstərəcəyinə inamını ifadə edib.
Vəqfin rəhbəri Kamil Salduz və digər çıxışçılar Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərini vurğulayıb, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün görülən və görülə biləcək addımlardan bəhs edib, vəqfin hər iki ölkə üçün faydalı olmasını arzulayıblar.
Sonra tədbir iştirakçıları vəqfdə yaradılan şəraitlə tanış olublar.
20:30 28.04.2026
Oxunuş sayı: 52