Ən əsəbi 5 bürc hansılardır?
Astrologiyaya görə bəzi bürclər emosiyalarını idarə etməkdə daha çox çətinlik çəkir və tez əsəbiləşə bilir.
Crossmedia.az xəbər verir ki, türkiyəli astroloq Funda Koç ən əsəbi 5 bürcü və onları qəzəbləndirən əsas səbəbləri açıqlayıb.
Qoç
Qoç bürcü tez alışan və ani reaksiya verən xarakteri ilə seçilir. Onların azadlığı məhdudlaşdırıldıqda və ya qarşısı alındıqda dərhal əsəbiləşirlər. Qəzəbləri güclü olsa da, uzun çəkmir.
Şir
Şir bürcü qüruruna və hörmətə böyük önəm verir. Onlara qarşı sayğısızlıq və ya dəyər verilməməsi ciddi əsəb yaradır. Qəzəbləri daha çox emosional və diqqət çəkən formada özünü göstərir.
Buğa
Səbirli kimi tanınsa da, Buğa bürcünün səbrini daşırmaq təhlükəlidir. Güvəni sarsıldıqda və ya aldadıldığını hiss etdikdə güclü reaksiyalar verir və qəzəbi uzun müddət davam edə bilər.
Əqrəb
Əqrəb bürcü qəzəbini açıq göstərmək əvəzinə içində saxlayır. Lakin bu hisslər zamanla toplanır və daha güclü şəkildə üzə çıxır. Onların qəzəbi daha dərin və şəxsi xarakter daşıyır.
Oxatan
Azadlığına bağlı olan Oxatan bürcü məhdudlaşdırıldıqda tez əsəbiləşir. Qəzəbi qəfil yaranır, lakin tez də keçib gedir. Onlar üçün sərbəstlik əsas prioritetdir.
Astroloqlara görə, bu bürclərin əsəb reaksiyalarının arxasında daha çox daxili həssaslıq və emosional gərginlik dayanır.
08:45 28.04.2026
Oxunuş sayı: 40