Üç nəfər dərmandan zəhərlənib, biri ölüb
Gəncə şəhərində üç nəfər dərmandan zəhərlənib.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
Zəhərlənən şəxslərdən biri 1958-ci təvəllüdlü Alik İsmayılov hadisə yerində vəfat edib.
Eyni zamanda 1985-ci təvəllüdlü Samir Əliyev və daha bir nəfər xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.(Report)
23:55 23.04.2026
Oxunuş sayı: 41