Elçin Əmirbəyov Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsinin regiona mümkün təsirindən danışıb
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Baş nazirinin milli təhlükəsizlik məsələləri müşavirinin müavini Barbara Vudvord, Xarici İşlər, Birlik ölkələri və İnkişaf Nazirliyində siyasi direktor Edvard Livelin, müdafiə və təhlükəsizlik məsələləri üzrə direktor Conatan Allen, Şərqi Avropa və Mərkəzi Asiya departametinin direktoru Kris Allan, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sədr müavini Nusrat Qani, Parlamentdə Azərbaycanla Dostluq Qrupunun sədri Bob Bləkmən, eləcə də bir sıra parlament üzvləri ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, Elçin Əmirbəyov britaniyalı həmsöhbətlərini Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri barədə də məlumatlandırıb.
O, ötən ilin avqust ayında Vaşinqtonda əldə olunmuş tarixi razılaşmaların əhəmiyyəti, ondan sonra qarşılıqlı etimadın qurulması və sülh gündəliyinin genişləndirilməsi istiqamətində müxtəlif sahələrdə atılan konkret addımlar barədə qarşı tərəfini məlumatlandıraraq, Azərbaycan tərəfinin Ermənistanla uzunmüddətli və dönməz sülhün bərqərar olunmasına sadiq qaldığını bildirmişdir. Bununla yanaşı, Prezidentin nümayəndəsi Ermənistanda cari il ərzində keçiriləcək parlament seçkilərinin və yeni konstitusiya üzrə referendumun nəticələrinin sülh sazişinin imzalanması və regionda uzunmüddətli, dayanıqlı sülhün təmin olunması baxımından həlledici rol oynayacağını bildirib.
14:45 22.04.2026
Oxunuş sayı: 52