Sidneydə Əl-Əhvazın işğalının 101-ci ildönümü qeyd olunub
Avstraliyanın Sidney şəhərində ərəblərin Əl-Əhvaz bölgəsinin işğalının 101-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, tədbirdə Güney Azərbaycan Demokratik Türk Birliyinin Beynəlxalq Əlaqələr Departamentinin (GADTB) sədri Mikayıl Oyta da rəsmi dəvətlə iştirak edib.
O, çıxışında Əl-Əhvaz ərəbləri ilə Cənubi Azərbaycan türklərinin ortaq problemlər və məqsədlər ətrafında birləşdiyini bildirib. Oyta qeyd edib ki, müxtəlif xalqların yaşadığı İran ərazisində uzun illərdir dil, mədəniyyət və sosial hüquqlarla bağlı çətinliklər mövcuddur.
“Bu gün biz təkcə bir tarixi xatırlamırıq, eyni zamanda hələ də davam edən problemləri diqqətə çatdırırıq”, – o vurğulayıb.
Çıxışda həmçinin qeyd olunub ki, bölgədə yaşayan xalqlar öz kimliklərini qorumağa çalışır və hüquqlarının təmin olunmasını tələb edirlər.
Sonda Mikayıl Oyta Əl-Əhvaz və digər xalqların gələcəkdə öz hüquqlarına nail olacağına inamını ifadə edib.
Vurğulamaq yerinə düşər ki, mərasimdə müxtəlif ölkələrdən nümayəndələr iştirak edərək regional məsələlər və xalqların hüquqları ilə bağlı müzakirələr aparıblar.
Fatimə Məmmədova
09:32 22.04.2026
Oxunuş sayı: 51