Avtobus sürücüsü sükan arxasında öldü
Bakıda avtobus sürücüsü sükan arxasında ölüb.
Crossmedia.az xəbər verir ki, hadisə aprelin 19-u saat 10 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində 55 saylı avtobusun 60 yaşlı sürücüsü, Bakı sakini Rövşən Hüseynov infarktdan ölüb.
Faktla bağlı araşdırma aparılır.
14:43 20.04.2026
Oxunuş sayı: 59