“Mançester Siti” “Arsenal”a aman vermədi- İngiltərə Premyer Liqası
İngiltərə Premyer Liqasının 33-cü turunun mərkəzi qarşılaşmasında “Mançester Siti” öz meydanında “Arsenal”ı qəbul edib. Mançesterdəki “Etihad” stadionunda baş tutan gərgin mübarizə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Crossmedia.az İdman.Biz-ə istinadən xəbər verir ki, matçda hesabı 16-cı dəqiqədə “Siti”nin yarımmüdafiəçisi Rayan Şerki açıb. Cəmi iki dəqiqə sonra qonaqların hücumçusu Kay Haverts tarazlığı bərpa etməyi bacarıb.
Qarşılaşmanın taleyini həll edən qol isə ikinci hissədə vurulub. 65-ci dəqiqədə səhnəyə çıxan ulduz forvard Erlinq Holand komandasına üç xal qazandıran qola imza atıb.
Bu qalibiyyətdən sonra xallarının sayını 67-yə çatdıran “Mançester Siti” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Hazırda lider olan “Arsenal”dan (70 xal) cəmi 3 xal geri qalan Pep Qvardiolanın yetirmələrinin ehtiyatda bir oyunu da var.
22:26 19.04.2026
Oxunuş sayı: 74