Halil Atlıdan iddialı açıqlama: “Məqsədimiz finaldır”
“Gəncə” basketbol komandasının baş məşqçisi Halil Atlı “Ordu” üzərində qazanılan qələbədən və yarımfinala yüksəlmələrindən sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Crossmedia.az xəbər verir ki, mütəxəssis pley-off mərhələsinin çətinliyini və komandasının göstərdiyi əzmkarlığı yüksək qiymətləndirib.
“Məncə, B qrupunun birincisi ilə yarımfinal uğrunda ən çətin görüşləri oynadıq. Son nəticədə də gərgin oyunlardan sonra mərhələ adlamaq bizi xoşbəxt edir. Komandamı təbrik edirəm, qürur duyuram. Əla oynadılar. Ötən mövsüm pley-offda dayanmışdıq. İndi bunun çoxunu etdik”, -deyə Atlı bildirib.
Baş məşqçi yarımfinaldakı rəqibin gücünə toxunaraq azarkeşlərə də müraciət edib:
“Yarımfinalda rəqibimiz liqanın ən güclüsüdür. Seriya matçları oynamaq asan deyil. Gərgin perioddan keçirik, belə də davam edəcək. Bunun fərqindəyik. Komandama güvənirəm. Mübarizəni sevən kollektivimiz var. Buna bizi sövq edən də azarkeşlərimizdir. Onları ev və səfər görüşlərində gözləyəcəm. Tribunaların dolmasını istəyirəm. Çünki rəqib də güclüdür. Çox ciddi nöqtədəyik. Xoşbəxtəm, inşallah, bu mərhələni də keçmək üçün əlimizdən gələni edəcəyik”.
22:59 19.04.2026
Oxunuş sayı: 66