Antalyada keçirilən "Çempionlar" turnirində Azərbaycanın 4 güləşçisi medal qazanıb
Türkiyənin Antalya şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən "Çempionlar" beynəlxalq turniri davam edir.
Crossmedia.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 4 güləşçisi fəxri kürsüyə yüksəlib.
Sərbəst güləş yarışlarında Nurlan Ağazadə (74 kq) bürünc medala sahib çıxıb.
Yunan-Roma güləşçilərinin mübarizəsində 87 kq çəki dərəcəsində qüvvəsini sınayan Orxan Hacıyev gümüş, Abdullah Həsənov isə bürünc mükafat qazanıb.
Qadın güləşində isə ölkəmizi təmsil edən Esra Məmmədli (53 kq) turniri üçüncü pillədə başa vurub.
21:55 19.04.2026
Oxunuş sayı: 65