Dövlət Mahnı Teatrı ahıllar evində konsert verdi
17 aprel 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı tərəfindən konsert proqramı təşkil olunub.
Crossmedia.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd ahıllar evinin sakinlərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi durumunun yaxşılaşdırılması, eyni zamanda yaşlı nəsilə cəmiyyət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını hiss etdirmək olub.
Konsert proqramı çərçivəsində Dövlət Mahnı Teatrının İnstrumental Ansamblı və solistləri Azərbaycan milli musiqi incilərindən ibarət zəngin repertuar təqdim ediblər. Səsləndirilən musiqi nömrələri tədbir iştirakçılarında xoş ovqat yaradıb, onların böyük marağı və alqışları ilə qarşılanıb.
15:10 18.04.2026
Oxunuş sayı: 60