Restoranlar buna son qoymalıdır! - Hüquqşünas sərt danışdı
Restoran sektorunda müşahidə olunan praktikalar müştərilər arasında müzakirə mövzusuna çevrilib. Xüsusilə bəzi məkanlarda hesab üzərinə əlavə servis haqqının daxil edilməsi narazılıq doğurur. Müştərilər bu ödənişin əvvəlcədən açıq şəkildə bildirilməməsini və yekun hesabda əlavə yük yaratmasını sual altına alırlar. Mütəxəssislər isə xidmət haqlarının şəffaf şəkildə göstərilməsinin vacibliyini vurğulayırlar. Bu məsələ ictimai iaşə sektorunda şəffaflıq və istehlakçı hüquqları baxımından aktuallığını qoruyur.

Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-a açıqlama verib:
"Bir sıra inkişaf etmiş , o cümlədən qonşu ölkələrdə "servishaqqı" deyilən anlayış ki var, o qanunvericiliklə tənzimlənir. Qeyd olunan ölkələrin qanunvericilik aktları ilə müəyyən olunan qaydada həmin məbləğlər ya restoranın ümumi təchizatına qalır, ya da işçilər arasında əməkhaqqına bonus formasında ödənilir. Beləliklə, bu vergiyə cəlb olunmayan məbləğ hesab olunur. Bizim yerli qanunvericilikdə isə "xidməthaqqı" deyə bir anlayış mövcud deyil. Restoranlar tərəfindən guya Ümumdünya praktikası adı altında tətbiq olunamğına baxmayaraq yekunda ödənilən bütün məbləğ vergiyə cəlb olunur".
Hüquqşünas deyib ki, bizim qanunvericilikdə servishaqqı adı altında ödənilən məbləğ işçilərə çatmır: "Bu, yalnız restoranın daxili qaydalarına uyğun olur. Bəzi restoranlar isə bu pulu tələb etməklə onun müəyyən hissəsini vergi formasında ödəyirlər. Lakin bu əsassız varlanma hesab olunur. Restoranlar buna son qoyulmalıdər. Vətəndaş nəyi yeyirsə, içirsə onun pulunu ödəməlidir. Bundan əlavə, elə restoranlar var ki, menyuda servis haqqını yazmasalar da qəbzi təqdim etdik servis haqqı tələb olunur. Vətəndaşın ixtiyarı var ki, menyuda yazılmayan servis haqqını ödəməsin".
Fatimə Məmmədova
19:47 17.04.2026
Oxunuş sayı: 148