Azər Hacıyev yüksək vəzifəyə TƏYİN EDİLDİ
Mingəçevir Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.
Crossmedia.az xəbər verir ki, bu barədə icra başçısı İlham İsmayılov əmr imzalayıb. İcra başçısının əmri ilə Azər Hacıyev qurumun Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdir müavini və Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri vəzifələrinə təyin olunub.
A.Hacıyev bu təyinata qədər icra hakimiyyətində mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb. (Oxu.az)
16:17 17.04.2026
Oxunuş sayı: 48