Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
Bu gün dünyada artan qeyri-müəyyənlik dövründə münaqişələr davam edir, gərginlik artır, böhranlar dərinləşir və bərabərsizliklər genişlənir.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu meyillər sülhün və ədalətin təməllərini sarsıtmaq riski yaradır. S. Qafarova bildirib ki, parlament üzvləri sülhü təşviq etməli, ədaləti qorumalı və gələcək nəsillərin maraqlarının qərarlarda əks olunmasını təmin etməlidir.
"Parlamentlərarası İttifaq qlobal idarəetmədə səsimizin daha güclü eşidilməsində böyük rol oynayır".
Sonda spiker Sahibə Qafarova bir daha qeyd edib ki, səylərimiz əməkdaşlıq, dialoq və çoxtərəflilik prinsipləri ilə istiqamətləndirilməlidir. "Yalnız birgə fəaliyyət vasitəsilə daha sülhsevər və ədalətli dünya qurmaq mümkündür". - o vurğulayıb.
22:18 16.04.2026
Oxunuş sayı: 66