Vüqar Qurbanov vətəndaşları qəbul edib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vətəndaşları qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, qəbul prosesində TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Müayinə, müalicə, işlə təminolunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.
Daha sonra digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
13:39 11.12.2024
Oxunuş sayı: 5513