ABŞ Rusiya neftinin satışına icazəsini yeniləməyəcək
ABŞ Rusiya neftinin satışına icazəsini yeniləməyəcək.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent deyib.
Nazirin sözlərinə görə, Vaşinqton da İran neftinə yanaşmasını sərtləşdirir: "Onlar Çinin nefti almağı dayandıracağına ümid edirlər".
Artıq iki Çin bankı xəbərdarlıq alıb: "Əgər İran vəsaitlərinin hesablarınızdan keçdiyini sübut edə bilsək, ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırıq".
ABŞ ,həmçinin İran neftini aldığına və ya İran vəsaitlərini banklarda saxladığına görə digər ölkələrə qarşı sanksiyalarla hədələyir.
22:35 15.04.2026
Oxunuş sayı: 56