İran XİN: Ərəb ölkələrindən ABŞ və İsrailə yardım hərbi təcavüz sayılacaq
Fars körfəzi ölkələrinin ərazisinin və obyektlərinin ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi məqsədlərlə istifadə edilməsi Tehran tərəfindən təcavüzün bir hissəsi kimi dəyərləndiriləcək.
Crossmedia.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
XİN sözçüsü vurğulayıb ki, təcavüzkar ölkələrə edilən istənilən yardım bu dəstəyi göstərən dövlətlərin beynəlxalq məsuliyyətinə səbəb olacaq və bunun beynəlxalq hüquqda qəbul edilmiş prinsip olduğunu bildirib.
22:05 15.04.2026
Oxunuş sayı: 55