Rusiya Baş nazirinin müavini Bakıya gəlir
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu axşam Azərbaycana işgüzar səfərə başlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Səfərin gündəliyinə Rusiya və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasında iştirak daxildir.
Səfər sabah Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin birgə sədrliyi ilə keçiriləcək.
İclasın gündəliyinə ötən il avqustun 22-də Həştərxanda keçirilən komissiyanın 23-cü iclasının qərarlarının icrası ilə bağlı müzakirələr daxil olacaq.
Bundan əlavə, tərəflər ikitərəfli əməkdaşlığın əsas sahələrinin inkişafı üzrə fəaliyyət planının gedişatını müzakirə edəcəklər.
21:45 15.04.2026
Oxunuş sayı: 52